إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhkəmə hicablı qızların atasına xəbərdarlıq edib

Sumqayıt Şəhər Məhkəməsi ona xəbərdarlıq edərək sərbəst buraxıb.

Sentyabrın 15-də Sumqayıt sakini İbrahim Əhmədzadə polisə müqavimət ittihamı ilə mühakimə olunub. Sumqayıt Şəhər Məhkəməsi ona xəbərdarlıq edərək sərbəst buraxıb. İbrahim Əhmədzadə “Media forum”a deyib ki, bu gün onu hicab bağlayan iki qızının yanında saxlayıblar.

Mülki geyimli şəxslər ona Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı bölməsinə getməli olduğunu deyiblər, amma səbəbini izah etməyiblər. Mülki geyimli şəxslərin göstərişinə tabe olmadığı üçün onu bölməyə zorla aparıblar. 1 saylı bölmədə İbrahim Əhmədzadəni 33 saylı orta məktəbin rəhbərliyinə təzyiq göstərməkdə, hədə-qorxu gəlməkdə günahlandırıblar. Daha sonra isə o, polisə müqavimət ittihamı ilə məhkəməyə göndərilib.

İbrahim Əhmədzadənin qızı Sevinc Əhmədova ötən dərs ili Sumqayıtdakı 33 saylı orta məktəbin 1-ci sinfində oxuyarkən hicablı olduğuna görə məktəbdən uzaqlaşdırılıb. İbrahim Əhmədzadə məktəb rəhbərliyinin qərarını qanunsuz sayır və qızının məktəbə hicabla buraxılmasını tələb edir.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2011  07:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!