إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Azərbaycanda məzhəbindən asılı olmayaraq hər zaman Əhli-Beytə sevgi olub."

 

Gəncədə "Dövlət-Din Münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrnas işə başlayıb.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qrumla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Asəf Hacıyev, o cümlədən qərb bölgəsində fəaliyyət göstərəndini icmaların sədrləri, din xadimləri, ilahiyyatçılar iştiak edirlər.

Konfransda milli mənəvi dəyərlərin qorunması, dini radikalizm və onun mübarizə üsulları, islam və sağlam ailə, dini icmaların cəmiyyətdə rolu kimi mövzular müzakirə olunur.

Konfransda çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib ki, Gəncənin bir əhəmiyyəti Peyğəmbərin (s) Əhli-Beytinə sevgi İmamzadənin burada olmasıdır: "Azərbaycanda məzhəbindən asılı olmayaraq hər zaman Əhli-Beytə sevgi olub. Bakıda Bibiheybətdə ulu öndər Heydər Əliyev ziyarətgahın təmirini həyata keçirməklə bunun əsasını qoydu və indi Prezident İlham Əliyev bu yolu davam etdirir, Gəncədəki İmamzadə kompleksi yenidən qurulur."


salamnews

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2013  17:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!