|
• DünyadaAzərbaycanda Həccə gedəcək zəvvarlar üçün xüsusi seminarların keçirilməsinə başlanıb
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara bu il ilk dəfə olaraq ziyarət hazırlığı ilə bağlı xüsusi seminarların keçirilməsinə başlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, seminarlara sentyabrın əvvəlindən etibarən start verilib. Seminarlar ziyarət başlanana qədər hər həftənin şənbə və bazar günləri Təzə Pir məscidində keçirilir. Bütün zəvvarların seminarlara qatılması tövsiyə olunur. Qeyd edək ki, bu il Həccə ziyarəti oktyabrın 3-dən başlayacaq. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.
apa Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2013 17:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |