إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sünni-şiə ixtilafı beynəlxalq siyasi məqsədlərlə yaradılır!

Ayətullah Xamenei çərşənbə axşamı gecə Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin 5-ci toplantısında iştirak edən alimlər, görkəmli ruhani xadimlər və ziyalılarla, həmçinin İran İslam Respublikasını müxtəlif  ölkələrdə mədəni cəhətdən təmsil edən nümayəndələrlə görüşmüşdür. Əhli-Beyt (ə) ardıcıllarının imkan və potensialları, habelə şiə dünyasının və İslam ümmətinin üzləşə biləcəyi təhlükələr haqqında danışan Ayətullah Xamenei deyib ki, son dövrlərdə İslam dünyasında reallaşan möhtəşəm islami hərəkatlar daha böyük bir dəyişikliyin, İslamın hakimiyyətinin müqəddiməsidir ki, Əhli-Beyt (ə) ardıcılları da bu islami hərəkatları dəstəkləmə mövqeyindən çıxış edirlər.

Ayətullah Xamenei İslam dini və Quran əsasında dövlət quruluşu yaratmağa müvəffəq olmuş ilk ölkə və xalq Əhli-Beytin (ə) yolu ilə gedən bir ölkə və xalq olduğunu bildirərək deyib ki, bu gün müsəlman ölkələrində yaşayan gənclər öz amal və arzularına yetişmək üçün materialist məktəblər əvəzinə, İslam təlimlərinə diqqət yönəldirlər. Bu qürurverici fakt İran xalqının hərəkatının bərəkəti sayəsində meydana gəlmişdir.

Misir, Tunis, Liviya, Bəhreyn və Yəməndə son dövrlərdə baş qaldırmış islami hərəkatlar Allahın lütfüdür deyən Ayətullah Xamenei, bizim mövqeyimiz bu hərəkatları dəstəkləməkdən, onları daha da möhkəmləndirməkdən ibarət olduğunu bildirib. O deyib ki, ümidvarıq ki, bu İslami hərəkatlar əsl düşmənlərimizin, yəni Amerika və sionizmin işğalçılıq siyasətinə tamamilə son qoyulması ilə nəticələnəcəkdir.

"İmkan və potensiallara, üstün cəhətlərə diqqət yetirməklə yanaşı, təhlükə və xətərlərdən də ehtiyatlı olmaq lazımdır. Müxtəlif İslam məzhəbləri, xüsusilə şiə və sünnilər arasında ixtilafın yaranması da bu təhlükələr sırasına aiddir" deyən Ayətullah Xamenei Şiə-Sünni ixtilafının beynəlxalq siyasi məqsədlərlə yaradıldığını vurğulayaraq bildirib ki, imperializm dünyası İslamafobiya siyasəti ilə yanaşı, şiə xofu siyasətini də xüsusi bir formada həyata keçirir. Bütün bu səylərə qarşı tamamilə ayıq-sayıq olmaq lazımdır.

Əhli-Beyt (ə) ardıcılları İslam ümməti içərisində vəhdətin vacibliyinə böyük inam bəsləyirlər – deyə vurğulayan Ayətullah Xamenei İslam ümmətinin, xüsusən də şiələrin səadət və xoşbəxtliyi ümmətin içərisindəki vəhdətdən asılı olduğunu diqqətə çatdırıb.

Ayətullah Xamenei həmçinin materialist məktəblərin bəşəriyyətin ehtiyaclarını, yeni ortaya çıxan sualları cavablandırmaqda məğlubiyyətə uğradığını qeyd edərək bildirib ki, dini təlimlər, o cümlədən Əhli-Beytlə (ə) bağlı bilgilər günün tələblərinə uyğun olaraq müsəlmanlara və qeyri-müsəlman ictimaiyyətinə təqdim olunmalıdır.

Ayətullah Xamenei hal-hazırda İslam dünyasında gedən dəyişikliklər işıqlı bir gələcəyi müjdə verir deyərək bu işıqlı gələcəyin və gözlənilən böyük dəyişikliyin nişanələri artıq özünü büruzə vermiş olduğunu bildirib.

lider.ir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2011  17:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!