إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman xeyriyyə cəmiyyəti ABŞ-da ilk onluğa düşüb

ABŞ da fəaliyyət göstərən Helping Hand for Relief and Development müsəlman xeyriyyə cəmiyyəti şəxsi ianələr hesabına fəaliyyət göstərən on ən yaxşı xeyriyyə cəmiyyəti siyahısına düşüb.

ABŞ da "Charity Navigator" təşkilatının tərtib etdiyi reytinqdə  70 ballıq sistem üzrə 69 bal toplayan təşkilat şəffaf xeyriyyə təşkilatları siyahısında altıncı yeri tutub.

Beynəlxalq xeyriyyə cəmiyyəti olan HHRD (Helping Hand for Relief and Development) milliyyətdən və dindən asılı olmayaraq bütün ehtiyaclı insanlara öz yardım əlini uzadır. Şimali Amerika qitəsində 13 nümayəndəliyi olan təşkilat, İordaniyada, Keniyada, Somalidə, Pakistanda, Birmada və Taylandda ofislərə malikdir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2013  18:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!