|
• DünyadaBayram xütbəsində Ayatullah Xamenei İslam dünyasındakı hadisələrdən danışdı
Ötən gün paytaxt Tehranda İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə mübarək Fitr bayramının namazı qılınıb. Bayram namazının xütbəsində Rəhbər Ayatullah Xamenei dünyadakı bütün müsəlmanları bu mübarək bayram münasibətilə təbrik edərək bildirib ki, "Ümidvaram ki, Allah-Taala bütün müsəlmanlara Ramazan ayında çalışıb çətinliklə əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq üçün mənəvi güc əta edəcək”. Daha sonra xütbəsində Rəhbər Ayatullah Xamenei Islam dünyasında baş verən hadisələr haqqında fikirlərini söyləyib. İranda gedən prosesləri Şimali Afrika və Qərbi Asiyada baş verən hadisələrlə, bir növ, müqayisə edən Həzrət Ayətullah Xamenei dedi: “Təəssüflər olsun ki, İranda gedən sevindirici proseslərin əksinə olaraq, İslam regionunda baş verən olaylar narahatlıq doğurur. Müasir dünyanın fəlakətlərindən biri də insan haqları və demokratiya tərəfdarı olduqlarını iddia edən yalançıların qəsbkar İsrail rejiminin açıq-aşkar cinayətlərini himayə etmələridir”. Xütbəsində Misirdə baş verən hadisələrədə toxunan Ayatullah Xamenei, Misirdə vətəndaş müharibəsinin başlama ehtimalının qüvvət qazandığını bunun böyük bir faciə olacağını qeyd etdi. Suriyadakı müharibədən danışınan Ayatullah Xamenei, müsəlman ümmətinin Qərbə və İsrail rejiminə qulluq edən terrorçuların İslam dünyasının müxtəlif bölgələrində varlığından doğan təhlükəli nəticələri bilmələri və ibrət götürmələri lazım olduğunu vurğuladı. İraqda xalqın tərəfində olan bir hökumətin iş başında olduğunu ifadə edən Ayetullah Xamanei, ancaq super güclər və bölgədəki irtica rejimlərin Bağdad rəhbərliyindən narahat olduğunu, İraqda yaşanan terror hadisələri də bu zümrənin siyasi və maliyyə dəstəkləri ilə reallaşdığını ifadə etdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2013 19:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |