إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünyanın ən böyük iftar süfrəsi İmam Rza (ə.s.) hərəmində qeydə alınıb

PressTV nin verdiyi məlumata görə , Mübarək Ramazan ayında dünyanın ən böyük iftar süfrəsi İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın(ə.s.) müqəddəs hərəmində qeydə alınıb.

Mübarək Ramazan ayı boyunca 400 dən çox könüllü gündəlik 4 ton düyü, 3.5 ton ət və digər məhsullardan istifadə edərək oruc tutan insanlara iftar açmaq üçün yeməklər hazrlayırdı. Artıq beşinci ildir ki təşkil olunan böyük iftar süfərsi hərəmin ərazisindəki 16 min kv. metr sahəsi olan "Hidayət" meydanında keçirilirdi.

Hər axşam 12 min zəvvarın iftar açdığı İmam Rza (ə.s.) müqəddəs hərəmində, bütövlükdə 2.5 milyon müsəlman iftar açıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2013  19:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!