|
• DünyadaDövlət Komitəsi Ramazan ayı münasibətilə Sumqayıtda xeyriyyə aksiyası keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Komitəsinin “Ramazan – Vəhdət ayı” layihəsi çərçivəsində Sumqayıt şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə bağlı yardım aksiyası keçirilib. Tədbir Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Tədbirdə Dövlət Komitəsinin və Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən İslam dini icmalarının nümayəndələri iştirak ediblər. Ziyarətdən sonra tədbir iştirakçıları qarşısında çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən bu xeyriyyə aksiyasının artıq iki ildir ənənə halını aldığını bildirmiş bu təşəbbüsü yüksək qiymətləndirmişlər. Dövlət tərəfindən dini sahayə göstərilən qayğı tədbir iştirakçıları tərəfindən alqışlanmış və bu sahəni məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi daim diqqətdə saxlayan Prezident İlham Əliyevə təşəkkür edilmişdir. Ümumilikdə, 115 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qida məhsullarından ibarət Ramazan sovqatları verildi. DQİDK-nın mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2013 19:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |