إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Islam Meksikada geniş yayılır

Meksikanın paytaxtı Mexikoda İslam Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə qılınan cümə namazlarında ərəb və ispan dillərindən istifadə edilir. Mərkəzə meksikalı müsəlmanlar, müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri və Asiya müsəlmanları gəlirlər.

Onislam portalına müsahibə verən əslən Mərakeşdən olan Meksika vətəndaşı Səid Luahabi Meksikada İslamın sürətlə yayıldığını bildirib. "1994 cü ildə Meksikaya köçdüyüm zaman müsəlman dostlarımla birlikdə cümə namazını qılmaq üçün Pakistan səfirliyində yığışırdıq. Lakin indi üç mərtəbəli yeni mərkəzimizdə yüzlərlə adam cümə namazında cəm olur."

Meksika müsəlmanlarının əhəmiyyətli hissəsi İslam dinin yeni qəbul etmiş meksikanlılar təşkil edir. Onların əkəsəriyyəti 11 Sentyabr hadisələrindən sonra İslamla maraqlanıb bu dini qəbul ediblər.

İslamın Meksikada və bütövlükdə Latın Amerikası ərazisində yayılması tarixi XVI əsrdə buraya ispanlarla birlikdə Şimal Afrikadan olan müsəlmanların gəlişiylə başlayıb.

Rəsmi məlumatlara görə Meksikada 3700 müsəlman yaşayır. Ancaq Pew Foundation hesablamalarına görə, Meksikada 110 min müsəlman yaşayır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2013  20:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!