إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"İxvanul-Muslimin" Ali Hərbi Şuraya xəbərdarlıq etdi

Bir həftə öncə Şuranı seçkiləri ertələməməyə çağıran hərəkat bu dəfə Şuranı hədələyib

"İxvanul-muslimin" hərəkatı Misiri idarə edən ALi Hərbi Şuraya xəbərdarlıq edib ki, əgər Hərbi Şura keçiriləcək parlament seçkilərini ertələmək fikrinə düşsə, o zaman xalq yenidən küçələrə axışacaq və onlar hazırdırlar ərsəyə gətirdikləri inqilab yolunda daha da artıq şəhid qurban versinlər.

Təhlilçilər bildirirlər ki, Hərbi Şura əmindir ki, parlament sçkiləri zamanı "İxvanul-muslimin" seçkilərdə qalib gələcəkdir. Və bilirlər ki, "ixvan"lar hakimiyyətə gələrlərsə, ölkə qanunvericiliyində İslam hökmlərinin üstünlük təşkil etməsi və bəlkə də bütünlüklə İslam şəriəti üzrə qurulmasını yönündə fəaliyyət göstərəcəklər. Məhz buna görə Hərbi Şura çalışır ki, müxtəlif üsullara əl ataraq seçkilərin keçirilmə vaxtını ertələməklə vaxt udsun.  

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2011  17:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!