|
• DünyadaMübarək Ramazan ayında oruc tutan keşiş
İraqın Süleymanıyə şəhərindəki xristian ailələr, oruc tutan müsəlmanlara hörmətlərini göstərmək məqsədilə gündüz restoranlarını bağlayırlar. Pavlo Delolyo adlı keşiş müsəlman qonşularıyla oruc tutur. Müsəlmanlar kimi imsaka qalxan Delolyo, 30 gün boyunca oruc tutacağını bildirib. Keşiş bildirib ki, "Hər iki dinin yaxınlaşması, qardaşlıq bağlarının güclənməsi və yaxşı niyyət göstəricisi üçün oruc tuturam". Tarixi Süleymanıyyə şəhərindəki müsəlmanlar ilə qardaşca yaşadıqlarını vurğulayan Yusuf kilsəsinin keşişlərindən olan Eymən Xorumuz keşiş Pavlonun bu addımını alqışladığını bildirib. Xorumuz bildirib ki,"Bu günə qədər Müsəlman qardaşlarımız ilə bu şəhərdə problemimiz olmayıb və həmişə qardaşca yaşamışıq və yaşamağa davam edirik." Xristian ailələrin göstərmiş olduğu həssaslıq, müsəlmanlar tərəfindən məmnuniyyətlə qarşılanıb. Qeyd edək ki, Süleymaniyyədə təxmini 250 xrsitian ailə yaşayır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2013 20:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |