26 İyul, 2013
Mübarək Ramazan ayında oruc tutan keşiş

İraqın Süleymanıyə şəhərindəki xristian ailələr, oruc tutan müsəlmanlara hörmətlərini göstərmək məqsədilə gündüz restoranlarını bağlayırlar.

Pavlo Delolyo adlı keşiş müsəlman qonşularıyla oruc tutur. Müsəlmanlar kimi imsaka qalxan Delolyo, 30 gün boyunca oruc tutacağını bildirib. Keşiş bildirib ki, "Hər iki dinin yaxınlaşması, qardaşlıq bağlarının güclənməsi və yaxşı niyyət göstəricisi üçün oruc tuturam".

Tarixi Süleymanıyyə şəhərindəki müsəlmanlar ilə qardaşca yaşadıqlarını vurğulayan Yusuf kilsəsinin keşişlərindən olan Eymən Xorumuz keşiş Pavlonun bu addımını alqışladığını bildirib. Xorumuz bildirib ki,"Bu günə qədər Müsəlman qardaşlarımız ilə bu şəhərdə problemimiz olmayıb və həmişə qardaşca yaşamışıq və yaşamağa davam edirik."

Xristian ailələrin göstərmiş olduğu həssaslıq, müsəlmanlar tərəfindən məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, Süleymaniyyədə təxmini 250 xrsitian ailə yaşayır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1508.html