إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Unikal Quran qabiliyyətləri olan ruhi xəstə

 

Dubayda keçirilən Beynəlxalq Quran müsabiqəsində 29 yaşlı iraqlı Huseyn Adnan Sabri unikal Quran qabiliyyətlərini nümayiş edib.

29 yaşının olmasına baxmayaraq Hüseyn inkişaf səviyyəsinə görə üç yaşlı uşaq kimidir.  O, çətinliklə ona qədər saya bilir, yaza bilmir, asanlıqla yolda aza bilir.

Əqli və ruhi problemlərinə baxmayaraq Hüseynin Quranla bağlı unikal qabiliyyətlərə malikdir.  O asanlıqla Quranı oxuya bilir, hər ayənin nömrəsin bilir, hər səhifənin birinci və axırıncı ayələrin əzbərdən deyə bilir.  Hüseyn Sabri bir çox İslam alimlərinin bacarmadığı, Quranda eyni kökə malik olan sözlərin hamısını, onların Quranın hansı ayələrində olduğunu əzbərdən deyə bilir.

Quran eskpertlərindən olan alimlərini birinin fikrincə , Huseynin məhdudlaşdırılmış idrak qabiliyyətlərini nəzərə alaraq, bu əsl möcüzədir. Bu qabiliyyətlər şübhəsiz Allahın hədiyyəsidir.

İraqın Fəlluca şəhərindən olan Hüseyn Quranı Kərimi heç kəsdən öyrənmədiyi bildirilib.  Hüseyn Sabrinin əmisinin verdiyi məlumata görə," Hüseyn bu qabiliyyətlərə uşaqlıqdan malikdir. O, nə oxuya nə də yaza bilir , ona sadəcə əlifbanı öyrədiblər. Buna baxmayaraq Qurani Kərimi elə tez oxuya bilir ki, bir Quranı 5 saata xətm edə bilir. Hüseyn Quranı oxumağa başlayanda  onun 5 yaşı vardı."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2013  19:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!