|
• Dünyada"İxvanul-Muslimin" Ərdoğanın fikirlərini tənqid edibMisirin "İxvanul-Muslimin" hərəkatı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Dream TV" telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Hərəkatın rəsmi nümayəndəsi Türkiyə baş nazirinin sözlərinə münasibət bildirərkən deyib ki, Türkiyənin şərtləri onun sekulyarist quruluşa malik olmasına icazə verir. Amma biz başqa ölkələrin hökümət quruluşlarının ölkəmizdə klonlanmasına razı ola bilmərik. Rəcəb Tayyib Ərdoğanın bu sözləri başqa bir dövlətin daxili işlərinə qarışmaqdır. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Dream TV" telekanalına verdiyi müsahibəsində demişdi ki, Türkiyə konstitusiyası dünyəvi(sekulyarizm-red.) quruluşdan məqsədin hər bir dinə eyni gözlə baxmaq olduğunu açıqlayır. Dünyəvilik ateizm demək deyildir. Mən Rəcəb Tayyib Ərdoğan olaraq müsəlmanam amma sekulyarist deyiləm. Amma dünyəvi bir dövlətin baş naziriyəm. Sekulyar quruluşlu dövlətdə insanların dindar olmaq və yaxud dindar olmamaq azadlığı mövcuddur. - Mən Misirin də sekulyar bir konstitusiyaya sahib olmasını tövsiyyə edirəm. Çünki sekulyarizm dinlə düşmənlik demək deyildir. Sekulyarizmdən qorxmayın. Ümid edirəm ki, Misirdə yeni hökümət dünyəvi bir hökümət olacaqdır. Yəqin ki, mənim sözlərimdən sonra misirlilərin sekulyarizmlə bağlı fikirləri dəyişəcəkdir. Təhlilçilər Türkiyənin baş nazirinin bu sözlərinin birbaşa "İxvanul-muslimin" hərəkatına biz zərbə kimi dəyərləndirirlər. Çünki "İxvanul-muslimin" yaxın aylarda Misirdə keçiriləcək parlament seçkilərində qalib gəlmək fikrindədir. Amma Ərdoğanın bu çıxışı hərəkatının məramları ilə ziddiyyət təşkil etməkdədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2011 22:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |