|
• DünyadaRamazan ayı ilə əlaqədar dini icmalar hər hansı ciddi problem yaşamayıb
Məlum olduğu kimi Ramazan ayı ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xüsusi tədbirlər planı hazırlayıb. Tədbirlər planının tərkib hissəsi olaraq Ramazan ayı boyunca dini icmalar, o cümlədən vətəndaşlar üçün yarana biləcək hər hansı problemlə əlaqədar olaraq qaynar xətt (012 437 31 15) fəaliyyət göstərir. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ötən müddət ərzində qaynar xəttə bir sıra müraciətlər daxil olub. Müraciətlər əsasən imsak və iftar, Ramazan ayının qədr gecələrinin vaxtları ilə bağlı olub. Dövlət Komitəsi tərəfindən aparılan monitorinq nəticəsində məlum olub ki, bütün bölgələrdə Ramazan ayı milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd edilir. Dini icmalar və vətandaşlar tərəfindən təşkil edilən iftar mərasimlərində, Ramazan tədbirlərində hər hansı ciddi problem yaşanmayıb. Məscidlərdə gündəlik, o cümlədən cümə namazlarında axund və imamlar tərəfindən Ramazan ayı ilə əlaqədar xütbələr oxunur. Eyni zamanda Dövlət Komitəsi tərəfindən bölgələrdə dini icmalar üçün iftar süfrələri təşkil edilir, şəhid ailələri, əlillər və məcburi köçkünlərə yardım aksiyaları keçirilir. Aparılan monitorinq nəticəsində xırda problemlər də aşkarlanıb. Bu isə əsasən azanın müxtəlif vaxtlarda verilməsi ilə bağlı olub. Dövlət Komitəsi tərəfindən aparılan maarifləndirmə tədbirləri nəticəsində bu problemlər də aradan qaldırılıb. Qeyd edək ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulur.
DQİDK-nın mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2013 20:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |