إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qeyri müsəlman hicab geyindi və təhdidlərə məruz qaldı

Amerikada yaşayan 40 yaşlı, dörd uşaq anası Dennis Kvin polimorf fotodermotoz adlanan allergik xəstəlikdən əziyyət çəkir. Günəşın altında bir necə dəqiqə qalan kimi Dennisin dərisi ağrılı qaşınma nəticəsi verən səpgiylə müşahidə olunur.

Kvinin sözlərinə görə bu diaqnozdan sonra o, müxtəlif günəşdən qoruyucu kremlərdən istifadə edirdi. Lakin heç cür xətəliyinin qarşısın almaq mümkün olmurdu. Daha sonra Dennis müsəlman qadınların geyim tərzini seçmək qərarına gəldi. Hicab geyinəndən sonra o rahatlıqıa küçəyə çıxmağa başladı. Müsəlman dostlarının onun müsəlman qadını kimi geyinməsinə sevindiyini bildirən Dennis Kvin, ətrafdakı qeyri müsəlman əhalinin ona qarşı təzyiqlərini görəndə şoka düşdüyünü bildirdi.  Allergiyaya görə hicab taxtığını bildirən Dennis hər gün təhqir, təhdid olunduğunu bildirib.

"İnsanlar İslam dinini qəbul etdiyimi düşünürlər. Qoy düşünsünlər. Amma mənə qarşı təhqirlər çox iyrəncdir. Ətrafdakı insanlar mənə qarşı irqçilik edirlər. İslam dinini qəbul etdiyimi zənn edib məni xain adlandırlıllar. Hər gün haqsız təhqdid, təhqir və hücumlara məruz qaldığımdan sonra mən müsəlmanları daha gözəl başa düşməyə başladım. Hicab taxandan sorna daha çox anlayışlı olmağa başladım."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2013  20:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!