إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanda hicablı şagird 700 bal yığdı

Flora Qafarova III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplamış abituriyentdır.

Qafarova Flora Eldar qızı Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirib. 700 bal toplaması xəbərini eşidəndə sevincinin həddi-hüdudu olmadığını deyən F.Qafarova: “Arzum 700 balı toplamaq idi, özümə də əmin idim və nəticəni əldə etdim”.

Flora məktəbdə yaxşı oxuduğu üçün elə də çətinlik çəkmədiyini deyir. “Məktəbdə hər zaman seçilmişəm. Ona görə hazırlaşanda narahatlıq yaşamadım".

F. Qafarova fənn olimpiadalarında da yer tutduğunu, amma adının qızıl medal alacaq namizədlərin siyahısına salınmadığını bildirib. “Azərbaycan dili fənninin və Vergilər Nazirliyinin olimpiadasında yer tutmuşam. Adım qızıl medala salınmayıb. Bunu nə mən istəmişəm, nə də məktəbdən irəli sürülüb”.

Yüksək nəticə əldə edən F. Qafarova xarici ölkədə oxumağı planlaşdırmadığını qeyd edib. “Qafqaz Universitetinin tərcüməçilik fakültəsində oxumaq istəyirəm. Hazırda xarici ölkədə oxumaq planım isə yoxdur”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2013  19:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!