إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcü kəndində yenidən cümə namazının qılınmasına mane oldular

Ötən cümə günü Gürcüstanın Samtasxaro kəndində yenidən müsəlman və xrsitianlar arasında insident baş vermişdir. Gürcüstan Müsəlmanlar Şürasının rəhbəri Tariyel Nakaidzenin verdiyi məlumata görə, kənddə cümə namazı qılmaq üçün yığışan müsəlmanlara xrsitianlar tərəfindən maneçilik törədilib.

İnsidentdən sonra Ümumgürcüstan katolikos-patriarxı  2-ci İlya Kaxeti bölgəsinin Dedoplissxaro rayonunda xristianların və müsəlmanların birgə yaşadıqları Samtasxaro kəndinin sakinləri ilə görüş üçün kəndi ziyarət etmişdir.

İkinci İlya müsəlman gürcülərə müraciətlə demişdir: “Mənim böyüdüyüm ailənin ən yaxın dostları müsəlmanlar idilər. Valideynlərim ən yaxşı otağa xalça döşəyirdilər ki, onlar burada sərbəst halda ibadətlərini yerinə yetirsinlər. Biz isə qonşu otaqda ikonaya ibadət edirdik. Mən belə bir ailədə böyümüşəm və başqaları kimi, siz də mənim mənəvi övladlarımsınız, sizi sıxışdırmağa heç kəsə imkan vermərəm. Kim ibadət etmək istəyirsə, gəlsin yanıma və duasını etsin”.

Patriarx əhalini fitnəkarlığa uymamağa çağırmışdır.

Xatırladaq ki, bir müddət əvvəl bu kənddə dini zəmində münaqişə baş vermiş, xristianlar müsəlman gürcülərin cümə ibadətlərini yerinə yetirmələrinə mane olmuşdular. Onlar müsəlman gürcü Suliko Xozrevanidzenin həyat yoldaşını döymüş, bu işdən əl çəkməsələr, evlərinə od vuracaqları ilə hədələmişdilər.  İnsidentdən sonra ölkənin baş naziri Bidzina İvanaşvili xristiyanları müsəlmanları sıxışdırmamağa cağırmış və ölkə qanunlarına riayət etmələrini tələb etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2013  19:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!