إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qəbələdə iftar süfrəsi açılmışdır

Qəbələ rayonunun müxtəlif yaşayış məntəqələrində xeyriyyəçilər, imkanlı şəxslər və sadə vətəndaşlar tərəfindən oruc tutan insanlar üçün iftar süfrəsinin təşkil edilməsi adət halını almışdır.

Rayon icra hakimiyyətinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun təşəbbüsü və dəstəyi ilə Qəbələ şəhər məscidində iftar süfrəsi təşkil edilmişdir. Ümumilikdə 300 nəfərin iştirak etdiyi bu xeyriyyə tədbiri rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.

İftar mərasimində dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər, kimsəsizlər də iştirak etmişlər.

Məclisdə şəhidlərimizin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilmişdir. Oruc tutmağın insanlar üçün faydasından danışılmış və qeyd edilmişdir ki, müqəddəs Ramazan ayında yoxsulları, kimsəsizləri sevindirmək, onlar üçün iftar süfrəsi təşkil etmək savablı işdir.

azertag

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2013  19:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!