إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İsveç müsəlmanları gündə 21 saat oruc tuturlar

İsveçin Şimal Qütb dairəsinin yaxınlığında yerləşən Luleo şəhərində yaşayan müsəlmanlar gündə 21 saat oruc tuturlar.

Şəhərdə iftar vaxtı 22:50-də sübh namazı isə 01:37-dədir. İftarla imsakın arasında vaxt cəmi üç saat olur.

Luleo şəhərinin 75 min əhalisi var. Əsasən burada yaşayan müsəlmanlar Türkiyə, Əfqanıstan, İran, İraq və s. müsəlman ölkələrindən gələn mühacirlərdir. Şəhərdə kiçik məscid fəaliyyət göstərir.  İslam icmalarının rəhbərinin verdiyi məlumata görə, icma 2011-ci ildən yeni məscid tikilişi üçün torpaq sahəsi əldə edib. Bələdiyyə məscidin layihəsini təsdiq edəndən sonra yeni məscidin tikintisinə başlanacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2013  19:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!