إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müxtəlif dinə inanan insanları birləşdirən iftarlar

Müqəddəs Ramazan ayının başlanğıcından yapon müsəlmanları ölkənin əsas məscidində müxtəlif dinə inanan insanları dəvət edərək iftar süfrələri təşkil edirlər.  Müqəddəs ay başlayandan sonra , Tokionun Cümə məscidində hər gün 200-dən çox insan üçün iftar süfrəsi açılır.  İftar məclislərinə İslam dini haqqında maraqlanan başqa dinlərin mənsublarıda gəlirlər. İftar üçün yeməkləri Türkiyədən xüsusi olaraq gələn üç aşpaz hazırlayır.

Qeyd edək ki,  1920 ci illərdə Rusiyada baş vermiş inqilabdan sonra mühacir-müsəlmanların Yaponiyaya gəlişindən sonra İslam dini burada geniş yayılmağa başlamışdır. Hal hazırda Yaponiyada 120 min müsəlman yaşayır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2013  19:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!