|
• Dünyada"Şiələr müsəlman ümmətinin bir parçasıdır."
Əl Yovmu Sabah qəzetinə müsahibə verən Misirin müftisi Şeyx Şovqi İbrahim şiələrin İslam ümmətinin bir parçası olduğunu söyləyib. Alimlərin İslam məzhəbləri arasında yaxınlığı üçün çalışmağa çağırış edən Şeyx Şovqi, 1949 cu ildə Misirdə "Bütün müsəlmanlar bir ümmətin parçasıdır" şüarı altında başlanan dialoqun davam etdirilməsinin vacibliyindən danışdı. Şeyx bildirdi ki , bütün müsəlmanların bir qibləsi, bir Quranı, bir Peyğəmbəri(s.a.a.s.) olduğu halda aralarında vəhdətin olmaması məntiqsizlikdir. İndiki dövrdə müsəlmanların arasında vəhdətin olmasını vacib olduğunu bildirən Şeyx Şovqi, islam ümməti arasında fitnə yayan təkfirçiləri kəskin tənqid etdi. O bildirdi ki, təkfirçi vəhabilərin İslamnan bir əlaqəsi yoxdur, onlar ekstremistdirlər və dini öz bildikləri kimi başa düşürlər. Şeyx qeyd edib ki, bütün müsəlman ümməti terrorçu, zorakı vəhabi təkfirçilərilə mübarizə etməli və onları özlərinə yaxın buraxmamalıdırlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2013 19:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |