|
• DünyadaRusiya Ali Məhkəməsi Stavropol məktəblərində hicabı qadağan etdi
Rusiya Ali Məhkəməsi Stravropol əyalətinin yerli məhkəməsinin məktəblərdə hicabı qadağan edən qərarını qüvvədə saxlayıb. Məhkəmə iclasından sonra iddiaçıların vəkili Murad Musayev qərarın siyasi və müsəlmanların dini hüquqlarını sıxışdırılması məqsədini daşıdığını bildirdi. Stavropolda yaşayan ailələr adından məhkəməyə müraciət edən vəkil Murad Musayev qərardan apelyasiya şikayəti verəcəklərini bildirib. Xatırladaq ki, Sentyabr ayında Rusiyanın Stavropol əyalətində vahid məktəbli geyiminə uyğun olmadığı üçün məktəblərdə hicabla gəlməyi qadağan etmişdilər. Sözügedən məktəblərin geyim kodeksində, istənilən dini simvolları daşıyan geyimlə, o cümlədən həddən artıq açıq-saçıq geyimlər və 7 santimetrdən hündür dikdaban ayaqqabı da qadağan olunub. Stavropol vilayətindən bildirmişdilər ki, bu kodeks hansısa dinə qarşı yönəlməyib, sadəcə Rusiyada təhsilin mühafizəkar əsaslarını qorumaq üçündür. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2013 18:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |