إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran futbol üzrə qadınlardan ibarət milli yığması üçün yeni forma hazırlayır

İran futbol federasiysının qadın futbolu məsələləri üzrə müavini Fəridə Şücai bildirib ki, federasiyanın nümayəndələri FİFA prezidenti Yozef Blatterlə və nizam-intizam komitəsinin üzvlərilə görüşmüşlər və qərara alınmışdır ki, iranlı qadın futbolçular üçün İslamın və FİFA-nın tələblərinə uyğun futbol forması hazırlansın.

Formanın hazırlanması üçün bir neçə dizaynerin dəvət edildiyini bildirən Fəridə Şücai deyib ki, yeni forma FİFA-nın həmin formanı təsdiq etməsindən sonra hazırlanacaq.

Xatırladaq ki, iyun ayında İranın futbol üzrə qadınlardan ibarət milli yığması FİFA-nın qərarına əsasən 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya vəsiqə qazanmaq üçün keçirilən yarışmadan kənarlaşdırılmışdı. Səbəb kimi qadınların futbol oyununa namünasib geyimdə olmaları göstərilib. Guya ki, İslami geyim olan hicab qadınlara futbol oynamağa maneçilik yaradırmış. FİFA futbolçulardan hicabsız oyunlara çıxmalarını istədikdə futbolçular bununla razılaşmamış və İordaniya ilə keçiriləcək görüş meydançasına çıxan xanımlar İİR himnini oxuduqdan sonra ölkələrinin bayrağını yerə sərib öpmüş və üzərində ağladıqdan sonra meydançanı tərk etmişdilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2011  23:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!