|
• DünyadaDövlət Komitəsi mübarək Ramazan ayı ilə bağlı tədbirlər planını açıqlamışdır
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ramazan ayında milli-mənəvi dəyərlərin düzgün təbliği istiqamətində maarifçilik işinin gücləndirilməsi, bu müqəddəs ayın ölkədə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün yaratdığı münbit şəraiti nəzərə alaraq xüsusi tədbirlər planı hazırlamışdır. DQİDK-nın mətbuat xidmətindən bildirmişlər ki, əsasən milli-mənəvi dəyərlərin qorunub saxlanması, maarifləndirmə işinin artırılması və vətənpərvərlik sahəsinin gücləndirilməsi işini nəzərdə tutan tədbirlər planı çərçivəsində icmalar üçün sosial fəaliyyətə dəstək layihəsinin təqdimatı həyata keçiriləcək və icmaların müraciətləri qəbul olunacaqdır. Layihə Dövlət Komitəsi tərəfindən dini icmalar üçün veriləcək iftar süfrəsi zamanı elan ediləcəkdir. Ramazan ayı boyunca yarana biləcək mümkün problemlərlə bağlı qaynar xətt fəaliyyət göstərəcəkdir. Həmçinin dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər xiyabanının ziyarət edilməsi, “Cəmiyyət və din” qəzetinin xüsusi buraxılışının nəşri, İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Ramazan ayı ərzində dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılmışdır. Həmçinin, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak, müxtəlif səviyyəli görüşlərin keçirilməsi də tədbirlər planına daxil edilmişdir. Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulmuşdur. DQİDK-nın mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2013 19:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |