|
• DünyadaGürcüstanın baş naziri müsəlmanların hüquqlarının müdafiə etdi
Gürcüstanın baş nazırı Bidzina İvanaşvili jurnalistlərin Gürcüstanın Samtaskaro kəndində baş verən hadisəyə aid verilən suala öz münasibəti bildirib. Nazir deyib ki , "Konstitusiyaya əsasən bütün dini azlıqlar öz dini mərasimlərinin keçirilməsi hüququna malikdirlər. İlk növbədə Samtaskaro sakinlərinə müraciət edərək qanunlara riayət etmələrini tövsiyyə edirəm. Biz yerli müsəlmanların öz dini mərasimlərini yerinə yetirmələri üçün imkan yaradılmasına nail olmaq üçün danışıqlar edəcəyik. Lakin bunu danışıq vasitəsiylə edə bilməsək, qanunun gücündən istifadə edəcəyik." Xatırladaq ki , bir necə gün öncə Gürcüstanın Samtaskaro kəndində yerli əhali müsəlmanların cümə namazı qılmasının qarşısın alıb. Kənd əhalisi arasında cəmi üç müsəlman yaşayır, lakin cümə günləri qonşu kəndlərdən də bura cümə namazı qılmaq üçün onlarla müsəlman gəlir. Müsəlmanlar namazı kənd sakini müsəlman Suliko Xozrevanidzenin evində yığışaqraq qılırlar. Son bir necə cümə günləri əhali kənd sakini müsəlman Suliko Xozrevanidzenin evinin qarşısına yığışaraq müsəlmanları ora toplaşmağa icaze vermirlər. Hadisə zamanı əhali Xozrevanidzenin həyat yoldaşın döyüblər. Polisin müdaxiləsindən sonra kənd əhalisi hadisə yerindən uzaqlaşdırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2013 19:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |