|
• DünyadaElşad İskəndərov Prezident İlham Əliyevə həsr edilən Facebook səhifəsində sualları cavablandıracaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Prezident İlham Əliyevə həsr edilən Facebook səhifəsində istifadəçilərin suallarını cavablandıracaq. Dini qurumlarla iş üzrə dövlət komitəsi 2001-ci ildə yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi işləri komitənin səlahiyyətlərinə daxildir. E.İskəndərova suallar iyul ayı ərzində qəbul olunacaq və tədricən şərhlər vasitəsilə cavablandırılacaq. Eyni zamanda komitənin diqqətini çəkən maraqlı sualların cavabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən verilən video müsahibədə yer alacaq. gunaz Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2013 17:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |