إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin dəqiq vaxtı açıqlanıb

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfər üçün qruplara bölgüsünə avqustun 15-dən başlanacaq. QMİ- dən verilən məlumata görə, bu il Azərbaycandan Həccə gedəcək zəvvarların hər biri 40-45 nəfərlik olmaqla 90 qrupa bölünməsi planlaşdırılır.

Qruplara bölünən zəvvarların səfəri oktyabrın 2-dən 8-ə qədər həyata keçiriləcək. Oktyabrın 2-3-də gündə bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan gedən zəvvarlar üçün əvvəldən nəzərdə tutulan 1400 nəfərlik kvota 3600-ə qaldırılıb. Qeydiyyat başa çatdıqdan sonra aparılan hesablamalara görə, sənəd verənlərin sayı yeni müəyyən olunmuş kvotadan da çoxdur, yəni ümumilikdə sənəd verənlər 4000 nəfərdir. Onların arasında ziyarət xərclərini tam ödəməyənlər ixtisara düşəcək və müəyyən olunmuş 3600 nəfər qruplara bölünərək ziyarətə yola salınacaq.

 

apa

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2013  18:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!