|
• DünyadaƏl-Əzhər Misirdə baş vermiş şiə qətliamını tənqid etdi
Misirin Əl-Əzhər Universiteti Qahirə yaxınlığında yerləşən Gizza kəndində şiə alimlərindən olan Hasan Şəhatə və 4 nəfər şiə müsəlmanlarının qətliamını pisləyən bəyanat dərc edib. Bəyanatda bildirilir ki , "4 nəfər insanın ölümünə səbəb olmuş qanlı hadisələri Əl Əzhəri ciddi şəkildə narahat etmişdir. Bu hadisəni törədənlər İslam qanunlarına əsasən ən böyük günahlardna birini etmişdirlər. Əl-Əzhər həmçinin yaşamaq hüququnun müqəddəsliyini təsdiq edir. İslam, Misir və misir cəmiyyəti heç vaxt inanc, məzhəb və ya fikir əsasında qətli qəbul etmir. Baş verən hadisə biz müsəlmanlar arasında fitnə yaratmaq və ölkədə sabitliyi pozmaq üçün xarici düşmənlər tərəfindən planlaşdırılmışdır. Əl-Əzhər Peyğəmbərin (s.a.a.s.) hədisini xatırladaraq bildirir ki , iki müsəlman bir birinə qılınc qaldırsa həm ölən həm öldürən Cəhənnəm əzabın məhkum olurlar." Daha sonra Əl Əzhər bəyanatında bildirir ki , hökumət bu hadisəni dərhal nəzarətinə götürüb günahkar şəxsləri həbs etməli və onlara ən ağır cəza verməlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2013 19:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |