إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məsciddə partlayıcı maddə aşkarlanıb

Cümə günü axşam Böyük Britaniyanın Uolsoll şəhərində yerləşən məscidin binasında partlayıcı maddə aşkarlanıb. Məscid əhli bina yaxınlığında şübhəli əşya görüb əraziyə polis cağırıblar. Polis əşyanın partlayıcı maddə olduğunu aşkarlayandan sonra ərazidə yaşayan insanları evakuasiya etməyə məcbur olub.  Naməlum şəxslər tərəfindən quraşdırılan partlayıcı maddə hərbiçilər tərəfindən zərərsizləşdirilib. Polis hadisənin dini nifrət zəminində baş verdiyini bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2013  18:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!