
Cümə günü axşam Böyük Britaniyanın Uolsoll şəhərində yerləşən məscidin binasında partlayıcı maddə aşkarlanıb. Məscid əhli bina yaxınlığında şübhəli əşya görüb əraziyə polis cağırıblar. Polis əşyanın partlayıcı maddə olduğunu aşkarlayandan sonra ərazidə yaşayan insanları evakuasiya etməyə məcbur olub. Naməlum şəxslər tərəfindən quraşdırılan partlayıcı maddə hərbiçilər tərəfindən zərərsizləşdirilib. Polis hadisənin dini nifrət zəminində baş verdiyini bildirib.