إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada regional konfrans keçirəcəkdir

Bu gün Qubada Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfrans işə başlayacaqdır.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi ilə keçirilən regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Milli Məclisin deputatları, şimal bölgəsi üzrə rayonların icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Konfransda şimal bölgəsinin 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulmuşdur.

Bundan əvvəl Dövlət Komitəsi şimal-qərb bölgəsi üzrə Oğuz, Cənub bölgəsi üzrə Lənkəran və Şirvan bölgəsi üzrə Şamaxı şəhərlərində analoji tədbirlər keçirmişdir.

 

AzərTAc

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2013  19:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!