إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"İslam gələcəyin dinidir."

 

Britaniyanın "Daily Mail" qəzeti Britaniyada yerləşən kilsə və məscidləri müqaisə edən fotoreportaj yayımlayıb.  Qəzetin gəldiyi nəticəyə görə Xristian dini Britaniya tarixinin bir hissəsi, İslam dinin isə Britaniyanın gələcəyi olduğu bildirilir. Reportajda qeyd olunub ki, 2011 ci ildə statistika idarəsinin Böyük Britaniyada xristianların sayın 32.2 milyon olduğu deyilən məlumata əhəmiyyət vermək lazım deyil. Qəzet yazır ki :"Britaniyada real dini vəziyyət bizim fotoreportajda əks olunub. Kilsə və məscid ziyarətciləri arasında böyük fərq var bu isə ən real statistikadır."

"Daily Mail" qəzetinin məlumatına görə , "Müqəddəs Georq" kilsəsinin tutumu 1230 insan olsada, ibadət edənlərin sayı 12 nəfərdən artıq olmur. Başqa bir kilsə, "Müqəddəs Məryəm" kilsəsinin tutumu 1000 nəfərdən ibarət olsada ,ibadət edənlərin sayı 20 nəfəri keçmir. Halbuki məscidlərdə bunun əksini görürük. 100 nəfər tutumu olan məscidə 500 nəfər ibadət edən müsəlman gəlir. İnsanlar məscidin çıxacağında, küçədə ibadətlərin yerinə yetirillər. İslamın daha geniş yayıldığını yazan qəzet İslam dinin Britaniyanın gələcəyi olduğunu vurğulayıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2013  18:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!