إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullahul-Üzma Seyyid Yusif Mədəni Təbrizi vəfat edib

Bu gün səhər Qum şəhərində yaşayan mərcei-təqlid Ayətullah Mədəni Təbrizi vəfat edib.

1928-ci ildə Təbriz şəhərində dünyaya göz açan Ayətullah Yusif Mədəni Təbrizi Ayətullah Bürucerdi, Ayətullah Təbatəbai, Ayətullah Mühəqqiq Damad və Ayətullah Xomeyni kimi böyük alimlərin tələbəsi olub. Bir çox fiqhi və elmi əsərlərin müəllifi olan Ayətullah Mədəni Təbrizi bir neçə müddət bundan öncə səhhətində yaranmış problemlərə görə Tehran xəstəxanalarının birinə yerləşdirilmişdi. Aldığı müalicələrdən sonra yaşadığı Qum şəhərinə qayıdan Ayətullah Mədəni Təbrizi bu gün səhər fani dünya ilə vidalaşıb.

Allah rəhmət eləsin!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2013  19:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!