إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib

İyunun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov Zaqatala şəhərində bu bölgədən olan vətəndaşları qəbul etmişdir.

Rayon mədəniyyət evində keçirilən qəbulda DQİDK-nin sədri Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından gəlmiş dindarların, sakinlərin müraciətlərini və təkliflərini dinləmiş, problemləri ilə maraqlanmışdır. Bu müraciətlər əsasən zəlzələ zamanı zərər çəkmiş məscidlərin bərpası, həmçinin dini icmaların və məscidlərin qeydiyyatı ilə bağlı olmuşdur.

Qəbuldan sonra DQİDK-nin sədri Elşad İsgəndərov jurnalistlərə bildirmişdir ki, təxminən 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilmişdir. Bu insanları, dini icmaların rəhbərlərini, din xadimlərini narahat edən əsas problem ötən il baş vermiş zəlzələ zamanı zərər çəkmiş məscidlərlə bağlı olmuşdur. Təbii fəlakət nəticəsində bu bölgədə fəaliyyət göstərən məscidlərin bir qismi tamamilə yararsız vəziyyətə düşmüşdür. Qəzalı vəziyyətə düşmüş məscidlər yenidən tikilməli və ya bərpa edilməli, bəzilərində isə müəyyən gücləndirmə işləri aparılmalıdır.

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətdə müvafiq dövlət orqanları tərəfindən çox geniş iş aparıldığını diqqətə çatdıran komitə sədri, təbi fəlakət zamanı zərər çəkmiş məscidlərlə bağlı təkliflərin ümumiləşdirilərək müvafiq dövlət orqanlarına çatdırılacağını bildirmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2013  18:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!