إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran İslam Respublikasının yeni prezidenti Höccətül İslam Həsən Ruhani seçildi

 

İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, Ayətullah Həsən Ruhani 18 613 329 səslə (50.07 faiz) qalib gəlib.

Həsən Ruhani 1948-ci il noyabrın 22-də Simnan əyalətinin Sorxe şəhərində anadan olub. İbtidai və orta təhsilini həmin şəhərdə alıb. 1961-ci ildə dini təhsil almaq üçün Qum dini hövzəsinə daxil olub. 1969-cu ildə Tehran Universitetinə qəbul olan Həsən Ruhani hüquq təhsili alıb. 1999-cu ildə Hasan Ruhani Böyük Britaniyanın Qlazqo Kaledoniya Universtitetində Hüquq elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

İngilis, Alman, Fransız, Rus və Ərəb dillərini bilir.

Doktor Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub. Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2013  06:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!