|
• DünyadaMisirdə sünni alimlər Suriya üçün cihad çağırışı etdi
Cümə axşamı İslam dünyasının fərqli bölgələrindən Misirin paytaxtı Qahirədə bir araya gələn sünni üləma, Hizbullahın hücumlarına qarşı çıxmaq üçün Suriyada cihad elan etdi. "Müsəlman Alimlər Birliyi" başçısı Yusuf el-Karadavinin də iştirak etdiyi iclasda üləmalar bəyan etdilər ki, "Suriyadakı müxalif döyüşçülərə dəstək üçün, Suriya xalqını qurtarmaq üçün silah, pul və bədənlə cihad, zəruridir." Daha sonra əl Quseyrin Hizbullahın köməyi ilə Suriya ordusunun əlinə keçməsini bildirərək Hizbullah təşkilatın kəskin tənqid etdilər. Misirli vəhabilərin alimi Muhammad Hassan bildirdi ki, "rafizilərin bu hərəkatı müsəlman xalqlarını əsəbləşdirdi , artıq bizim söz demək vaxtımız gəlib çatıb." Qeyd edək ki, bu yaxınlarda Misirin Xarici İşlər Nazirliyinin nümayəndəsi, rəsmi Qahirənin Suriyada müharibəyə getmək istəyən Misir vətəndaşlarına mane olmayacağını bildirdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2013 20:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |