14 İyun, 2013
Misirdə sünni alimlər Suriya üçün cihad çağırışı etdi

 

Cümə axşamı İslam dünyasının fərqli bölgələrindən Misirin paytaxtı Qahirədə bir araya gələn sünni üləma, Hizbullahın hücumlarına qarşı çıxmaq üçün Suriyada cihad elan etdi.

"Müsəlman Alimlər Birliyi" başçısı Yusuf el-Karadavinin də iştirak etdiyi iclasda  üləmalar bəyan etdilər ki, "Suriyadakı müxalif döyüşçülərə dəstək üçün, Suriya xalqını qurtarmaq üçün silah, pul və bədənlə cihad, zəruridir." Daha sonra əl Quseyrin Hizbullahın köməyi ilə Suriya ordusunun əlinə keçməsini bildirərək Hizbullah təşkilatın kəskin tənqid etdilər.  Misirli vəhabilərin alimi Muhammad Hassan bildirdi ki, "rafizilərin bu hərəkatı müsəlman xalqlarını əsəbləşdirdi , artıq bizim söz demək vaxtımız gəlib çatıb."

Qeyd edək ki, bu yaxınlarda Misirin Xarici İşlər Nazirliyinin nümayəndəsi, rəsmi Qahirənin Suriyada müharibəyə getmək istəyən Misir vətəndaşlarına mane olmayacağını bildirdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1336.html