|
• DünyadaSəudiyyə şiə alimi Krala məktub yazdı
Səudiyyə Ərəbistanın Qatif şəhərindəki Cəfəri Ədliyyəsinin keçmiş qazısı Şeyx Abdullah Huneyzi Kral Abdullah b. Əbüləizdən ölkədəki media quruluşlarından Əhlibeyt məktəbinə yönələn hücumları dayandırmasını istədi. Yazdığı məktubda Şeyx Huneyzi Ərəbistan Kralından ölkədəki məzhəblər arasında fitnəni qızışdıran mətbuat nəşrlərinin yerinə İslami vəhdət və qardaşlıq ruhunu gücləndirəcək nəşrlər buraxılmasını istədi. Şeyx Huneyzi, Ərəbistandakı media təşkilatları tərəfindən yayımlanan dini proqramlarda Əhlibeyt məktəbinin əleyhinə çirkin hücum və təbliğatlata son verilməsinı cağırışını edərək əlavə etdi ki : "Əhlibeyt məktəbinə hücum etmək, Ərəbistanda yaşayan şiələrin xəyanət və təhqir etməkdir. Biz eyni torpağı paylaşırıq , eyni ölkənin vətəndaşlarıyıq. İslam dininə görə birlikdə yaşamağın qaydaları vardır. Bunlara müsəlman olaraq hamımız riayət etmək məcburiyyətindəyik. " Qeyd edək ki, Hizbullah təşkilatının köməyi ilə Suriya ordusunun Əl Quseyr şəhərini terroçular tərəfindən təmizlənməsi əməliyyatından sonra Səudiyyə Ərəbistanının media təşkilatları şiələrə qarşı təbliğat kompaniyasına başlamışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2013 19:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |