إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Azərbaycan Fələstini dəstəkləyir və dəstəkləməkdə davam edəcək !"

Bu gün Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilib.
Konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri bildirib : " Fələstin xalqına yardım etmək təşəbbüsləri nəinki yalnız Fələstin xalqı üçün, həm də bütün islam dünyası üçün əhəmiyyət kəsb edir. Biz inanırıq ki, yaxın illərdə Fələstin BMT-nin tamhüquqlu üzvü olacaq".
Nazir qeyd edib ki, Azərbaycan Fələstini dəstəkləyir və dəstəkləməkdə davam edəcək.
Məmmədyarov vurğulayıb ki, "Bakıda keçirilən konfrans Qüds şəhərinin inkişafı prosesinə müsbət təsir göstərəcək və Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq konfransın təşkil edilməsi kimi məsuliyyəti öz üzərinə götürüb".
Qeyd edək ki, Azərbaycan hökuməti konfrans iştirakçıları arasında Fələstin xalqına   ən çox maddi yardım göstərən tərəf olmuşdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2013  23:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!