إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayatullah Xamenei müsəlmanları birliyə cağırdı

İslam inqilabının rəhbəri Ayatullah Seyyid Əli Xamenei Məbəs günü münasibətiylə bu gün bir qrup siyasətci və xarici ölkə səfirlərinin qarşısında çıxış edib. Bütün müsəlmanların Məbəs bayramını təbrik edən Seyyid Xamenei müsəlman aləmində baş verən hadisələrlə bağlı fikirlərini söyləyib. O, müsəlman ölkələrinin və müsəlmanların ən əhəmiyyətli vəzifələrindən danışıb. Müsəlmanları ayıq olub səhv etmədən İslam düşmənlərinin hücumlarına qarşı ciddi addımlar atmağa cağırıb.
"Düşmənin əsas məqsədi müsəlman xalqları arasında ixtilaf yaratmaqla onları əsas hədəflərindən yayındırmağa çalışmaqdır. Əsas hədəfləri müsəlmanlar arasında münaqişə yaratmaqdır. Belə olduqda müsəlmanlar arasında birlik, həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlayış ümmətin ən vacib ehtiyaclarından biridir."
Daha sonra , İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei düşmənlərin müsəlman xalqlarının inkişafının qarşısını almaq üçün onlar arasında parçalanma yaratmaq niyyətlərinin olması barədə xəbərdarlıq edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2013  21:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!