إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda məscid yandırdılar

SKY News kanalının verdiyi məlumata görə Londonda məscid İslam mədəniyyət mərkəzindı yanğın baş verib. Yanğın gecə saatlarında əslən Somalidən olan əhalinin çoxluq təşkil etdiyi rayonda baş verib.

Altı yanğın söndürən maşın yanğını söndürsədə məscid və mədəniyyət mərkəzinin binası tamamən yanıb. Bəzi şahidlər yanğının partlayış səsindən sonra başladığını bildirillər.

London polisinin ilkin açıqlamasına görə cinayət irqi xarakter daşıyır.

İndiyənədək məscidə ən amansız hücum Qrimsbi şəhərində qeydə alınıb. Məscidin içərisinə insanların ibadət etdikləri zaman üç "molotov kokteyli" atılmışdır.

Xatırladak ki, Londonda  ingilis zabiti Li Regbinin qətlindən sonra Böyük Britaniyada İslam və müsəlmanlara qarşı hücumlar başlayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2013  00:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!