إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya müftisi Kardavi, Qannuşi və Erdoğanı danışıqlara cağırdı

Suriya müftisi Əhməd Hassun Tunisin Nahda hərəkatının lideri Rəşid Qannuşini, Türkiyənin baş nazırı Erdoğanı və misirli Yusif Kardavini Suriyadakı hadisələr və İslam haqqında fikirlərini bölüşmək üçün müzakirəyə dəvət etdi.
Tunisdən gələn məscid şeyxlərinin və siyasətcilərinin qarşısında çıxış edən müfti bildirdi ki, Suriyanın məhv olması yalnız İsrailin mənfəətinə xidmət edəcək.
Əhməd Hassun bildirib : " Şeyx Kardavi Suriyaya qarşı cihad hökmü verib. Cihad hökmü Quranı,  müsəlmanları ortadan qaldıranlara qarşı verilməlidir.  Quran və müsəlmanlara qarşı olan qüvvə isə İsraildir. Mən burdan həm Qannuşiyə, həm Kardaviyə , Erdoğana səslənirəm. Gəlsinlər istədikləri kanalda çıxış edib Suriya ətrafında baş verənləri müzakirə edək. Kimin haqq kimin batil olduğunu bütün dünya görsün ! "

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2013  20:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!