إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mirzə Zeynal-Abidin Şirvani(r)


18-ci əsrin dahi alimlərindən və ariflərindən olan Mirzə Zeynal-Abidin Şirvani(atası Molla İskəndər Şamaxı şəhərinin adlı-sanlı alimlərindən idi) 1759-cu ildə (1193-cu hicri qəməri) ruhani  ailəsində dünyaya gəlmişdir. Altı yaşında ikən atası və ailəsi ilə birlikdə dini elmlərə yiyələnmək üçün Kərbəla şəhərinə yola düşür. Orada atasından, habelə ali savadlı müəllimlərdən istifadə edərək on iki il fasiləsiz təhsil alır və dini elmlərə sahib olur. Elm və fəzilət əldə edib İslam alimləri sırasında yüksək məqama çatır. O, cavanlığının ilk çağlarından dərs oxumağa başlayarkən başa düşür ki, təkcə elm oxumaq məqsədə çatmaqda kifayət etmir. Ruhu nəfsi saflaşdırmadan, pak etmədən və gözəl bəyənilən əxlaq sahibi olmadan heç bir mənəvi məqama yetişmək olmaz. Buna görə də təhsilini ilk günlərindən xeyirxah işlər və ehsan etmək dalınca düşürdü ki, Allah qarşısında pak ürəklə dayana bilsin. Vaxtının çox hissəsini qanunu şəriət yolu ilə, ruhunu pak etməklə məşğul olurdu. Çoxlu axtarışdan və çalışdıqdan sonra Kərbəla şəhərində iki nəfər ariflər Seyyid  Məsuməlişah Dəxni və Nurəlişah İsfahani ilə əlaqə yaradır. Bu iki şəxsiyyət İran, Hindistan və İraq ariflərinin  böyüklərindən  hesab olunurdular. Şirvani Nurəlişahın müridinə çevrilir və ondan irfani məsələlərdə bəhrələnmək üçün onunla birlikdə Bağdad şəhərinə gedir. Orada bu alimdən son dərəcədə bəhrələnir. Çox çəkmir ki, "dünyanı seyr etmək" arzusu alimin qəlbində özünə yer açır. 25 il ərzində yaxın və uzaqdakı müxtəlif İslam ölkələrinə səyahət edir. İlk səfərini Bağdaddakı Kermanşan məntəqəsindən başlayır və 1759-cu ildə (1212-ci hicri qəməri ili) bu səfərini başa vurur. Bu səfərdə dörd il müddətində məşhur, arif Hüseynəlişah İsfahaninin dərslərindən layiqincə istifadə edir. Onun vəfatından sonra, təxminən 1804-cü ildə (1216-cı hicri qəməri ili), Hindistan, Türküstan, Yəmən, Hicaz, Misir, Fələstin, Şam, Türkiyə, Azərbaycan və İrana səfər edir. Bu uzun səfərlərdə hər bir şəhərə çatanda oranın arifləri, alimləri və adlı-sanlı şəxsiyyətləri ilə görüşür, onlardan elmi bəhrələr aparırdı. Hər bir məntəqədə alimlər və ariflər onu təntənə ilə qarşılayır və xahiş edirdilər ki, bu məntəqədə bir dəfəlik, sakin olsun ki, onun dolğun mənəviyyat və biliyindən istifadə etsinlər. Lakin alimin İrana olan məiəbbəti bu xahişlərin hamısını kölgədə qoyur və nəhayət o yenidən İrana qayıdır. Əvvəlcə Tehrana gəlir. Amma bəzi xainlər və paxıllar bu alimin gəlişindən şaha şikayət edirlər. Şah ona əmr edir ki, Tehranı tərk etsin. Bundan sonra o Kerman şəhərinə gedir.

Orada da bu şəhərin hakiminin çoxlu zülm və işgəncələrinə məruz qalır. Bu hadisədən sonra Fars məntəqəsinə gəlir və orada sakin olur. Bu məntəqədə bir müddət qalıb tədris və bəhslə məşğul olur. Amma çox çəkmir ki, müxaliflərin həsəd və kin atəşi təzədən şölələnir və paxıllar üzə çıxır. Şəhərin hakimi onun Şiraz şəhərindən çıxmasına dair hökm verir. Çox çəkmir ki, bu şəhəri vəba xəstəliyi tutur və nəticədə 8000 min nəfər kütləvi şəkildə qırılır. Bundan sonra bir müddət qaçqın şəklində bu şəhərdən o şəhərə koçür. Nəhayət Şiraz şəhərindəki dostları onu təzədən bu şəhərə dəvət edirlər. Alim bu dəvəti qəbul edib təzədən Şiraza gəlir. Lakin çox çəkmir ki, paxıl adamlar təzədən hərəkətə gəlirlər. Şəhərin hakimi yenə də onun şəhərdən çıxması və sürgün olunmasına dair hökm verir. Bu dəfə ağsaqqal alim və arifin qəlbini elə sındırırlar ki, o bu şəhərə qarğış edib şəhərdən çıxır. Az müddət keçmir ki, (1824-cü il şəvvalın 27-də) güclü bir zəlzələ Şiraz şəhərini lərzəyə gətirir. Şəhərə ağır xəsarət dəyir. Əhalinin çox hissəsi torpağın altında canını tapşırır. Bundan sonra həmişə zalım hökumətin, paxılların əlindən əzab-əziyyət çəkən alim o şəhərdən bu şəhərə, o kənddən bu kəndə hərəkət edir və öz müxalifləri və hakimlərlə həmişə mübarizə aparır. Bir müddət Kaşanda sonra Bağdadda və bəzi ziyarətgahlarda qalmalı olur. 1834-çü ildə (1239-cu hicri qəməri) ariflər və mənəviyyatı yüksək olan insanlarla çox da yaşxı münasibəti olmayan Fətəli Şah dünyadan köçür və səltənət taxtına nəvəsi Məhəmməd Şah Qacar sahib olur. Qacar Şahın ariflərə qarşı yaxşı münasibəti olduqu üçün səltənət taxt-tacına sahib olduqdan sonra bir fərmanla Zeynəl-Abidin Şirvanini hörmət və izzətlə Şiraz şəhərinə dəvət edir. Alim bu dəvəti qəbul edib təzədən Şirazda sakin olur və haqq yolunda çalışanlara yol göstərib onlara rəhbərlik edir. Xalq arasında söhbətlər edib mədrəsədə dərs verməyə başlayır. Amma bu sakitlik çox çəkmir. 1838-ci ildə (1253-cü hicri qəməri ili) arif Şirvani həccə kedərkən "Cəddə" məntəqəsində dünyasını dəyişir və çanını Allaha tapşırır. Qacar zamanının ariflərindən və yazıçılarından biri olan Rzaquluxan Hidayət, Zeynəl-Abidin Şirvaninin həyatı barəsində özünün "Üsulül-füsul" kitabında yazır: "Fəqir (Şirvani) cavanlığının əvvəllərində otuz il Şiraz şəhərində sakin olmuş, bu müddətdə şəhərin alimləri, görkəmli şəxsiyyətləri və fəqihləri ilə söhbətlər etmiş və görüşlər keçirmişdir. Öz zamanının arifləri ilə daim dostluq edərdi." Şirvani özündən sonra üç tarixi əsər yadigar, qoymuşdur. Bu əsərlər uzun illər ərzindəki səfər və təcrübələrin nəticəsi olub "Səfərnamə" şəklindədir.

1: "Bastani səyahət". (İndiyə qədər üç dəfə İranda çap olunub.)

2: "Hədaiqüs-səyahət". (İndiyə qədər çap olunmayıb.)

 3: "Riyaziüs-səyahət". İndiyə qədər iki dəfə çap olunub.

Şirvaninin o cür gözəl  əxlaqda, habelə fəqirlikdə olduğu halda xalqa etdiyi xidmətlər misilsiz idi. Çox az insan tapılar ki, özü yoxsul olduğu halda, hətta libas, yemək tapmadığı bir vaxtda, öz fəqirliyini nəzərə almadan son dərəcədə səxavət göstərib qənaətçilik etsin. Onun məclislərində ağa-nökər və vəzifəli-vəzifəsiz, kimi fərqlər olmazdı. Hhəmişə şirindilli və xoşüzlü olardı. Bəziləri kimi şahlar və, vəzirlər sarayını tanımazdı. Dünya düşgünü olanların görüşünə ketməzdi. Hər nəyi olsaydı, əliaçıqlıqla, səxavətlə fəqirlər və qonaqlar süfrəsinə qoyardı. Həmişə üzü qibləyə əyləşərək özünü Allah qarşısında tam miskin hesab edərdi. Sübhlər oyaq qalar, gün  çıxana qədər namaz qılar, dua və zikr deməklə məşğul olardı. Hər gün  namazın təqibatından sonra Qur'an oxuyar, sonra dostlarla görüşə kedərdi. Rəcəb, Şəban və Ramazan aylarını həmişə oruc tutar Allaha zikr etməklə məşğul olardı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2010  01:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!