|
Macarıstanda keçiriləcək “Lüdovika Alimləri” proqramına qeydiyyat aparılırMacarıstanın aparıcı universitetlərindən olan Dövlət Xidmətləri Universiteti tərəfindən martın 18-22-si tarixlərində “Lüdovika Alimləri” proqramı təşkil olunacaq. Ahlibeyt.az-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZ"RTAC-a bildirilib ki, qaliblər bir həftə ərzində mühazirə oxumaq, həmçinin yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil olunacaq seminar və peşəkar müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar. Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan tədqiqatçıları, akademik sahədə çalışan şəxsləri və ekspertləri bir araya gətirməkdir. İştirak etmək istəyənlər yanvarın 22-dək proqrama müraciət edə bilərlər. Ətraflı məlumatla elan (https://shorturl.at/gtBJM) vasitəsilə tanış ola bilərsiniz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2024 09:00 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |