|
MEK-də latın qrafikası ilə dərc olunan nəşrlərin sərgisi keçirilirAzərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən latın qrafikası ilə dərc olunan nəşrlərin sərgisi təşkil edilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AMEA-nın mətbuat xidmətinin məlumatında bildirilir. Sərgilənən nəşrlər sırasında müasir Azərbaycan ədəbiyyatı seriyasından Mir Cəlal, Əhməd Cavad, Qabil, Cabir Novruz, Əli Vəliyev, Rüstəm İbrahimbəyov, Nüsrət Kəsəmənli, Əli Kərim, Almas İldırım, Nəbi Xəzri, İsmayıl Şıxlı, Qılman İlkin, Ənvər Əlibəyli, Qasım Qasımzadə, Nigar Rəfibəyli, Balaş Azəroğlunun “Seçilmiş əsərləri” və başqaları yer alıb. Həmçinin dünya ədəbiyyatının incilərindən sayılan F.M.Dostoyevskinin “İdiot”, T.Drayzerin “Kerri bacı”, Ş.Kosterin “Ulenşpigel ve Lamme Qudzak əfsanəsi”, V,Q.Yanın “Çingiz Xan”, E.S.Tompson, Nazim Hikmət, Cek London və M.Y.Lermontovun “Seçilmiş əsərləri” və digər nəşrlər də sərgidə nümayiş etdirilir.
Sərgi cari ayın sonunadək davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2024 11:24 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |