|
Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı çap edilən kitabların təqdimatı keçirilibBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib. Ahlibeyt.az-ın Beynəlxalq Mərkəzin mətbuat xidmətinə istinadən məlumatına görə, BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Rəvan Həsənov məlumat verib ki, 2023-cü idə BBMM tərəfindən “Həqiqətin Onomastikası – 2 : Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” rus dilində, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı ingilis dilində, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı, “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya çap olunub. Cari ildə “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalın iki sayı, “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 4-cü buraxılışı – Azərbaycan, ingilis rus dillərində, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın məqalələr toplusu ingilis dilində nəşr edilib. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb. Qeyd olunub ki, Mərkəzin çap etdirdiyi kitablara xarici ölkələrdə son ayda 7000 dəfə istinad edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2024 12:42 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |