إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yunanıstan şovinistləri müsəlmanlara qarşı.

Yunanıstanın şovinist "Qızıl Dan" partiyası Yunanıstanda yaşayan müsəlman icmalarını təhdid edib.

Partiya üzvləri Afinada tikilməsi planlaşdırılan yeni məscidin əleyhinə olduqlarını bildiriblər. Parlamentdə 21 mandata malik olan partiyanın üzvlərindən biri müsəlmanların məscidlərini dağıdacaqlarını bəyan edib.

"Əgər müsəlmanlar məscid tiksələr yüz minlik üzvlərimizlə müsəlman icmasını və məscidi məhv edəcəyik".

Şovinist partiya bəyanatı məktub şəklində Afina İslam icmalarına göndərib. Məktubu alan İslam icmaları Afina prokurorluğuna şikayət ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2013  20:35 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!