|
|
Naxçıvanın Ümumdünya İrs Siyahısına salınacaq abidələri UNESCO-ya təqdim ediləcək
Naxçıvan Muxtar Respublikasında UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi memarlıq abidələrinin müəyyənləşdiriləcək.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb. Plana əsasən, Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə birgə 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması işini həyata keçirməlidir. Daha sonra UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək tarixi-memarlıq abidələrinin müəyyənləşdirilməlidir. 2024-cü ildə isə ilkin Siyahıya salınmış abidələr arasından Ümumdünya İrs Siyahısına salınacaq abidələrin nominasiya faylının hazırlanıb UNESCO-ya təqdim edilməsi baş tutmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2023 13:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |