20 Sentyabr, 2023
Naxçıvanın Ümumdünya İrs Siyahısına salınacaq abidələri UNESCO-ya təqdim ediləcək

Naxçıvan Muxtar Respublikasında UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi memarlıq abidələrinin müəyyənləşdiriləcək.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə birgə 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması işini həyata keçirməlidir. Daha sonra UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək tarixi-memarlıq abidələrinin müəyyənləşdirilməlidir.

2024-cü ildə isə ilkin Siyahıya salınmış abidələr arasından Ümumdünya İrs Siyahısına salınacaq abidələrin nominasiya faylının hazırlanıb UNESCO-ya təqdim edilməsi baş tutmalıdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12254.html